
Geodeziya - "Sferoidik geodeziya", "Fiziki geodeziya", "Peyk geodeziyası", "Geodezik astronomiya", "Kosmik geodeziya", "Geodeziya şəbəkəsinin qurulması və Geodeziya ölçmələrinin riyazi hesablanılması nəzəriyyəsi (Tarazılaşdırma nəzəriyyəsi)", "Topoqrafiya, "Tətbiqi (mühəndisi) geodeziya", "Alətşünaslıq və metrologiya", "Geodezik ölşmə metodları" kimi bölmələrdən ibarətdir.
~~~~
Geodeziyanın tarixi inkişafı
Geodeziya – qədim elmlər sırasına aiddir. Belə ki, hələ bizim eramızdan əvvəl IV – III minillikdə qədim Misirdə çoxlu sayda böyük ölçülü müdafiə qurğuları, istehkamları, suvarma sistemləri, piramidalar, eləcə də çoxlu sayda saraylar, məbədlər və digər tikililər inşa edilmişdir. Oxşar tikililərə qədim Çində, Hindistanda, Yunanıstanda da rast gəlinir. İsbat edilmişdir ki, geodeziya ölçmələri olmadan belə nəhəng tiklillərin tikilməsi qeyri – mümkün olardı. O zamanlarda, hətta qəbilələr öz torpaq sahələrini yer üzərində bölünməsi və qeydiyyatını həyata keçirmişdir ki, bu da geodeziya elminin qədimliyinə bir daha işarədir.
Geodeziyanın elmi məsələsi e.ə.VI – IV əsrlərdə Aristotel α Pifaqorun yerin kürə şəkilli olması haqqında söylədiyi fərziyyədən sonra meydana çıxmışdır. Elmi məsələnin həlli istiqamətində yəni yer kürəsinin radiusunun təyini ilə bağlı ölçmə işləri e.ə. III əsrdə Eratosfen tərəfindən həyata keçirilmişdir. Eratosfen yerin kürə şəkilli olmasını nəzərə almaqla ilk xəritələri təsvir etdi. α, bu tarix (e.ə. III əsr) kartoqrafiya elminin yarandığı tarix sayılır. Yer kürəsinin radiusunu müasir nəticələrdən çox kiçik (0,9 km – 900 m) fərqlənməklə ilk təyin edənlər bizim eranın 827-ci ildə ərəblər olub. Geodeziya elmi çox ciddi şəkildə hərtərəfli inkişafa XVI əsrdən başlayaraq nail olmuşdur. Buna bir sıra səbəblər imkan vermişlər.
Bu səbəblərə XVI əsrdə İtalyan astronomu Qalileyin teleskopu kəşf etməsi XVII əsrdə xüsusi ölçülü qurğusunun vernyer α bu əsasda yeni geodeziya ölçmə alətlərinin yaranması səbəb olmuşdur. XVIII əsrdən başlayaraq bir sıra ölkələr o cümlədən Çar Rusiyası öz ərazisində geniş planaalma işinə başladı. İşlərinicraçısı kimi peterburqda 1822-ci ildə hərbi topoqrafiyalar korpusu yaranır. Həmin korpusun müdavinləri başda pokovnik Xodzko olmaqla bizim ərazimizdə də ilk elmi əsaslı geodeziya ölçmələri aparılmışdır.
Bu dövrdə Zaqafqaziyada məşhur olan Şamxor bazisi yaradılmış və ölkə ərazisində trianqulyasiya şəbəkəsi yaradılmışdır. Sovetlər dövründə geodeziya kartoqrafiya işlərini o cümlədən bugünkü Azərbaycan ərazisində 15 mart 1919-cu ildə Vladimir İliç Leninin sərəncamı ilə yaradılmış baş geodeziya idarəsi həyata keçirilmişdir. Sonralar bu idarənin əsasında 1936-cı ildə QUGK (ГУГК - Главное Управление Геодезиия и Картографии) Baş Geodeziya və Kartoqrafiya İdarəsi yaradıldı. QUGK (ГУГК - Главное Управление Геодезиия и Картографии)-un keçmiş SSRİ ərazisinin müxtəlif rayonlarında müəssisələri fəaliyyət göstərmişdir. O cümlədən 1971-ci ildən Bakıda 16 nömrəli müəssisə yaradılmışdır. 1971-ci ilə qədər olan dövrdə geodeziya və kartoqrafiya işlərinin Azərbaycan ərazisində Tbilisi (4) müəssisəsi, Moskva (7) müəssisəsi və digər ittifaq tabeçiliyində olan geodeziya və kartoqrafiya müəssisələri həyata keçirilmişdir.
16 nömrəli müəssisə 1986-cı ildə Azərbaycan Aerogeodeziya İstehsalat Birliyinə və nəhayət ölkəmiz müstəqillik əldə etdikdən sonra 1991- ci ildə Dövlət Geodeziya və Kartoqrafiya Komitəsinə çevrildi. 2001-ci ildən Dövlət Geodeziya və Kartoqrafiya Komitəsi Torpaq Komitəsi ilə birləşərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradıldı. Hazırda ölkəmizin ərazisində dövlət əhəmiyyətli geodeziya kartoqrafiya siyasətini və işlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həyata keçirir. Azərbaycanda geodeziya kartoqrafiya yönümlü mütəxxəssis hazırlığı Bakı Dövlət Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində və bir sıra kolleclərdə hazırlanır.
Hiç yorum yok:
Yorum Gönder